RU

Azərbaycan hərbi gücdə Ermənistanı 30 pillə qabaqladı

Dünyanın ən güclü orduları siyahısında Azərbaycan 60-cı yerdə qərarlaşıb. 

"Unikal" xəbər verir ki, bu barədə “Global Firepower” reytinqində qeyd olunub. 

Reytinq 145 ölkənin silahlı qüvvələrini 60 indikator, o cümlədən texnika və şəxsi heyətin sayı, habelə maliyyə vəziyyəti, resursların mövcudluğu və digər amillər üzrə müqayisə edir.

Güc təkcə ölkənin silahlı qüvvələrinin böyüklüyü ilə deyil, həm də onun aktivləri ilə müəyyən edilir: gəmilər, təyyarələr, müdafiə büdcəsi və təbii ehtiyatlara (neft, kömür) çıxış.

ABŞ ən böyük müdafiə büdcəsi və geniş hərbi-texniki arsenalı sayəsində növbəti dəfə birinci yeri tutub. Güclü artilleriya və çoxsaylı raket sistemləri ilə seçilən Rusiya ikinci, dəniz qüvvələrinə görə isə Çin üçüncü yeri tutub.

Hindistan reytinqdə dördüncü, Cənubi Koreya isə beşinci yerdə qərarlaşıb. Böyük Britaniya altıncı, Fransa yeddinci, Yaponiya səkkizinci, Türkiyə doqquz və İtaliya onuncu yerdədir.

Qonşu ölkələr arasında Gürcüstan 94-cü, Ermənistan 90-cı, İran isə 16-cı yerdə qərarlaşıb.

Ağarza Elçinoğlu 

Избранный
13
unikal.az

1Источники