RU

AMADA avarçəkənlər üçün seminar keçib - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında (AKAF) avarçəkənlər üçün növbəti seminar təşkil edib. 

Apasport.az xəbər verir ki, agentliyin mütəxəssisi idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları haqda məlumat verib.

Eyni zamanda həmin maddələrin qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahılar barədə yeniyetmə və gənc avarçəkənlər maarifləndirilib. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlardan bəhs olunub.

Avarçəkmə üzrə Azərbaycan çempionatında ilk günə yekun vurulub

Azərbaycanın yelkən idmançısı 20 yaşında vəfat edib

Təmsilçilərimiz 3-cü yerin sahibi olublar

Avarçəkənlərimiz Portuqaliyaya yola düşüb

Kayak və kanoeçilərimiz dünya çempionatında çıxış edəcəklər

Избранный
30
9
apasport.az

10Источники