RU

Prezident: Gürcüstan Cənubi Qafqazda sülhü dəstəkləyir

BAKI, 14 noyabr. TELEQRAF

Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesini ardıcıl şəkildə dəstəkləyir və zərurət yarandığı halda öz töhfəsini verməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib.

Prezident qeyd edib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanacağına ümid edir:

"Ümid edirik ki, tezliklə Ermənistan və Azərbaycan sülh müqaviləsini imzalayacaqlar. Bu, Cənubi Qafqazda pozitiv inkişaf dinamikasını və regionun cəlbediciliyini yeni mərhələyə yüksəldəcək. Gürcüstan regionda sülh və sabitliyə dəstəyini davam etdirəcək".

Mixeil Kavelashvili görüş zamanı Ararat Mirzoyana Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib. O vurğulayıb ki, Gürcüstan da öz növbəsində Ermənistanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

Избранный
26
1
teleqraf.com

2Источники