RU

Zelenski Əliyevə zəng etdi - Yenilənib

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevlə Volodimir Zelenski arasında telefon danışığı olub.

Yenilik.az xəbər verir ki, bu barədə V.Zelenski “X” hesabında paylaşım edib.
Ukrayna lideri paylaşımında İlham Əliyevin Rusiyanın Kiyevi raket atəşinə tutması nəticəsində həlak olanlarla bağlı başsağlığı verdiyini diqqətə çatdırıb: “İlham Əliyevə dəstəyinə və xalqımıza başsağlığı verdiyinə görə minnətdaram. Ötən gecə rusiyalılar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, Azərbaycan Səfirliyi də daxil olmaqla, obyektlərə ziyan dəyib”.
***
Azərbaycan Prezidentinin Mətbuat Xidməti telefon danışığı ilə bağlı məlumat yayıb.
“Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.
Dövlət başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.





Избранный
33
49
yenilik.az

10Источники