RU

Ermənistan onu Rusiyaya təhvil verməkdən imtina etdi

Ermənistan Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan soçili biznesmen Ruben Tatulyanı Rusiyaya təhvil verməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu açıqlayıb. 

Baş Prokurorluq Tatulyanın Ermənistan vətəndaşlığına malik olduğunu bildirib: "Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən axtarışda olan R.Tatulyan 2025-ci il noyabrın 7-də Ermənistan polisi tərəfindən tapılıb. Tatulyan Ermənistan Respublikasının vətəndaşı olduğu və buna görə də xarici dövlətə ekstradisiya edilməməsi əsası ilə həbs edilməyib". 

İş adamı Rusiyada çox milyardlıq torpaq mənimsəməkdə ittiham olunur və həmçinin 1998-ci ildə qəsb, mənimsəmə və sifarişli qətllərlə məşğul olan cinayət təşkilatı yaratmaqda şübhəli bilinir. Məhkəmə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib.

Избранный
27
2
redaktor.az

3Источники