RU

Ermənistan məhkəməsi Karapetyanın həbs müddəti uzadılması məsələsinə baxacaq

BAKI, TurkicWorld

İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Açılış nitqində İSTAD sədri və TADEF-in mətbuat katibi Sefer Karakoyunlu 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Türk dünyası üçün tarixi əhəmiyyətindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsini və 44 günlük müharibə zamanı, eləcə də əvvəli və sonrası Türkiyənin dəstəyini, iki qardaş xalqın həmrəyliyini bir daha diqqətə çatdırıb. Dünyada Türkiyə və Azərbaycan kimi qardaşlığa malik ikinci bir nümunə olmadığını bildirərək söyləyib: "Əsrlərə söykənən bu qardaşlıq bu gün də, gələcəkdə də ən yüksək səviyyədə davam edəcək".

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyətindən danışıb.

Digər natiqlər Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən, Azərbaycanın bölgədəki mövqeyinin güclənməsindən və Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığından danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

Избранный
14
turkic.world

1Источники