RU

Hazırda Paşinyan hakimiyyətinin əsas hədəfi budur AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Nikol Paşinyanın son açıqlamalarından belə anlaşılır ki, hazırda rəsmi İrəvanın əsas hədəflərindən biri regional geoiqtisadi sistemə inteqrasiya olunmaqdan ibarətdir".Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, Paşinyan hakimiyyəti bütün vasitələrdən istifadə edərək Ermənistanı indiki blokada şəraitindən çıxaqmağa çalışır:"Bunda da əsas hədəf olaraq Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərir. Ən önəmlisi, Paşinyan hakimiyyətinin hədəfləri sırasında Zəngəzur dəhlizini reallaşdırma prosesini Rusiyanın nəzarətindən kənar sistem üzrə etməkdir. Ona görə də, avqustun 8-də "Ağ Ev"də imzalanan sənəd Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Əgər bu layihə ABŞ nəzarətində açılsa, o zaman Ermənistan da Avropa və Orta Asiyanı birləşdirəcək kommunikasiyanın bir hissəsinə çevriləcək, buradan külli miqdarda gəlir götürəcək. Ümumiyyətlə Zəngəzur dəhlizi layihəsi Ermənistanı Cənubi Qafqazın geoiqtisadi sisteminə inteqrasiya etmək baxımından böyük əhəmiyyət daşıyır". Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
demokrat.az

2Источники