RU

İki yaşlı oğluna pivə içirdən ana...

...Sevastopolda bir ananın iki yaşlı oğluna pivə içirdiyi lentə alınıb.

SİA-nın məlumatına görə, Mash xəbər verir ki, video virusa çevrilib.

Dərc olunmuş görüntülərdə uşağın pivə qutusundan qurtum aldığı görünür.

Kanalın məlumatına görə, 20 yaşlı rus qadın uşağa siqaret və narkotik də vermiş ola bilər, lakin o, bunu təkzib edib.

20 yaşlı rus qadın artıq əməllərinin bədəlini ödəyib - ona qarşı iki cinayət işi açılıb.

Polisin qadının evinə gəldiyi və qadının sərxoş olduğu iddia edilir.

Oğlan uşaq evinə aparılıb.

Mash atanın oğlunun tərbiyəsində iştirak etmədiyini və ailəni dəstəkləmədiyini öyrənib.

Daha əvvəl Murmanskda altı yaşlı bir oğlan atasının ad günü məclisində bir stəkan araq içib və komaya düşüb.

Həkimlər oğlanın vəziyyətini sabitləşdirə biliblər.

Nazlı Almuradova

Избранный
28
sia.az

1Источники