RU

Yannik Sinner ATP Yekun çempionatında Ben Şeltona qalib gəlib

Dördqat “Böyük Dəbilqə” çempionu və dünya 2-cisi, italyan tennisçi Yannik Sinner İtaliyanın Turin şəhərində keçirilən ATP Yekun çempionatının qrup mərhələsində üçüncü qələbəsini qazanıb.

İdman.Biz bildirir ki, o, amerikalı Ben Şeltonu (5-ci raketka) 6:3, 7:6 hesabları ilə məğlub edib.

Qarşılaşma 1 saat 35 dəqiqə davam edib.

ATP Yekun çempionatının yarımfinalında Sinner avstraliyalı Aleks de Minor ilə qarşılaşacaq.

İdman.Biz

Məqalədə:
Избранный
37
1
idman.biz

2Источники