RU

Azərbaycanlı gənc şahmatçıdan uğurlu nəticə

Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə dərəcə yarışları keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, yarışda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şahmatçıları da iştirak ediblər.

Mərkəzin şahmat müəllimi Emil Allahverdiyevin yetirməsi Adəm Babakişiyev 3-cü dərəcə uğrunda keçirilən yarışlarda bütün rəqiblərini məğlub edərək 7/7 nəticə ilə çempion adı qazanıb.

Избранный
7
1
teleqraf.com

3Источники