RU

Rusiya Kiyevdə Azərbaycan səfirliyini hədəf aldı: Təsadüf yoxsa təxribat? - ŞƏRH

Bu gün Rusiyanın Kiyevə endirdiyi növbəti raket hücumu növbəti dəfə bölgədə gərginliyi artırıb. Hücum nəticəsində Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinin binası da zərər görüb.

Hadisə ilə bağlı Bakı dərhal Moskvaya rəsmi Nota təqdim edib. Ukrayna Prezidenti Vladimir Zelenski baş verənlərlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyeyə telefonla zəng edərək yaranmış vəziyyəti müzakirə ediblər.

Hadisə beynəlxalq müstəvidə mühüm suallar doğurur: görəsən, Rusiyanın bu hücumu sırf hərbi hədəflərə yönəlmiş zərbə idi, yoxsa nəticələri Azərbaycan üçün də təxribat xarakteri daşıyırdı? Turkustan.az olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.

Tural

Tural İsmayılov

Ümumiyyətlə, Rusiyanın atdığı addımlar qəbul edilən deyil. Ukrayna torpaqlarının işğalını davam etdirən Rusiya bu davranışları ilə özünü daha çıxılmaz və ağır vəziyyətə salır. Bundan əvvəl də Rusiyanın Ukraynaya hücumları zamanı Azərbaycan diplomatik nümayəndəliklərinə və digər infrastruktur obyektlərinə qarşı qəbuledilməz təxribatlar törədildiyi məlumdur.

Artıq bir neçə dəfədir ki, Ukraynaya qarşı qanunsuz və beynəlxalq hüquqa zidd şəkildə aparılan müharibə fonunda Azərbaycanda da Rusiyanın bu işğalçı siyasətinin fəsadları hiss olunur. Bu gün Rusiyanın etdiyi hərəkətlər nə məntiqli dövlət davranışına uyğundur, nə də beynəlxalq münasibətlər çərçivəsində izah edilə bilər.

Rusiya məsuliyyətsiz şəkildə Ukraynanın paytaxtını vurmağa davam edir. Son hücumlar nəticəsində Azərbaycan diplomatik nümayəndəliyinə də zərərin dəyməsi göstərir ki, Rusiya münasibətləri düzəltmək əvəzinə gərginliyi daha da artırmağa çalışır. Artıq Rusiyanın əvvəlki dayaqları mövcud deyil və ölkə beynəlxalq arenada ciddi təcrid olunmuş vəziyyətdədir.

Ukraynada həyata keçirdiyi işğalçı müharibəyə görə tənhalaşan Rusiya getdikcə məntiqdən və rasional yanaşmadan uzaq addımlar atır. Bir sözlə, Rusiyanın təxribatlarına və işğalçılığına qarşı dünya daha sərt və prinsipial mövqe nümayiş etdirməlidir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
37
2
turkustan.az

3Источники