ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rusiyanın atdığı addımlar qəbul edilən deyil. Ukrayna torpaqlarının işğalını davam etdirən Rusiya bu davranışları ilə özünü daha çıxılmaz və ağır vəziyyətə salır. Bundan əvvəl də Rusiyanın Ukraynaya hücumları zamanı Azərbaycan diplomatik nümayəndəliklərinə və digər infrastruktur obyektlərinə qarşı qəbuledilməz təxribatlar törədildiyi məlumdur”.
Bu barədə politoloq Tural İsmayılov Gununsesi.info-ya açıqlamasında deyib.
O bildirib ki, Ukraynaya qarşı qanunsuz və beynəlxalq hüquqa zidd şəkildə aparılan müharibə fonunda Azərbaycanda da Rusiyanın bu işğalçı siyasətinin fəsadları hiss olunur.
“Bu gün Rusiyanın etdiyi hərəkətlər nə məntiqli dövlət davranışına uyğundur, nə də beynəlxalq münasibətlər çərçivəsində izah edilə bilər.
Rusiya məsuliyyətsiz şəkildə Ukraynanın paytaxtını vurmağa davam edir. Son hücumlar nəticəsində Azərbaycan diplomatik nümayəndəliyinə də zərərin dəyməsi göstərir ki, Rusiya münasibətləri düzəltmək əvəzinə gərginliyi daha da artırmağa çalışır. Artıq Rusiyanın əvvəlki dayaqları mövcud deyil və ölkə beynəlxalq arenada ciddi təcrid olunmuş vəziyyətdədir”.
Politoloqun sözlərinə görə, Ukraynada həyata keçirdiyi işğalçı müharibəyə görə tənhalaşan Rusiya getdikcə məntiqdən və rasional yanaşmadan uzaq addımlar atır: “Bir sözlə, Rusiyanın təxribatlarına və işğalçılığına qarşı dünya daha sərt və prinsipial mövqe nümayiş etdirməlidir”.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.