Ər və arvada qarşı 9500 manatlıq dələduzluq edilib.
"XəzərXəbər"ə müraciət edən şikayətçi Elman Səfərov belə iddia edir. Onun sözlərinə görə, tanışı Ramil Məmmədov onlardan müxtəlif vədlər altında ümumilikdə 9500 manat pul alıb.
Elman Səfərov iddia edir ki, bu məbləğləri həmin şəxsə 1 gün ara ilə verib. Pulunu geri qaytarması üçün zənglər etsə də, nəticəsiz qalıb.
İddialarla bağlı adı hallandırılan şəxslə biz də əlaqə saxlayıb cavab almağa çalışdıq.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirildi ki, vətəndaşın müraciəti üzrə ərazi polis orqanında araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.