Mövsümün sonunda müqaviləsi bitəcək Mauro İkardi ilə bağlı “Qalatasaray” qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu argentinalı hücumçunun sözləşməsini uzatmağı planlaşdırır və yaxın günlərdə 33 yaşlı forvardla danışıqlara başlayacaq.
İkardi 2022-ci ildən “Qalatasaray”da çıxış edir və cari mövsümdə 15 matçda 6 qol vurub.