ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya tərəfi Kiyevdə Azərbaycanın səfirliyinin ərazisinə düşən raketlə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, iddia Rusiyanın dövlətə məxsus TASS agentliyinda dərc olunub.
Agentliyə danışan hərbi mənbə iddia edir ki, diplomatik nümayəndəliyin binasına düşən mərminin "Patriot" hava hücumundan müdafiə (HHM) sisteminə aid raket olduğunu göstərən fotolar Ukrayna mediasında mövcuddur.
Mənbənin sözlərinə görə, əgər səfirlik ərazisinə “İsgəndər” tipli raket düşsəydi, dağıntılar “qat-qat böyük və ağır” olardı.
“Kiyev rejimi HHM sistemlərinin səriştəsiz fəaliyyətinin nəticələrini guya Rusiya zərbələrinin fəsadı kimi göstərməyə çalışır”, – mənbə iddia edib.
Xatırladaq ki, hadisə noyabrın 14-də gecə saatlarında baş verib. Partlayış nəticəsində Azərbaycan səfirliyinin hasarı dağılıb, inzibati bina, konsulluq şöbəsi və xidməti avtomobillər zərər görüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.