RU

Argentina Messinin qolu və məhsuldar ötürməsi ilə Anqolaya qalib gəlib - VİDEO

Anqola və Argentina milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

İdman.Biz bildirir ki, oyun argentinalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

43-cü dəqiqədə hücumçu Lautaro Martinez 38 yaşlı hücumçu Lionel Messinin ötürməsi ilə hesabı açıb. Messi özü 82-ci dəqiqədə qol vurub.

Argentina millisinin kapitanı “İnter Mayami”də və yığmada son səkkiz matçda 20 qol vurub.

Lionel Skaloninin komandası daha əvvəl DÇ-2026-na vəsiqə qazanıb. Seçmə mərhələnin 18 turundan sonra argentinalılar 38 xal toplayaraq birinci yeri tutublar.

İdman.Biz

Избранный
30
idman.biz

1Источники