RU

Rumıniya XİN hava məkanının pozulması ilə bağlı Rusiyaya etirazını bildirib

Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi çağıraraq ölkənin hava məkanının pozulmasına etiraz edib.

Ölkə.az xəbər verir ki, bu barədə yerli "Informat.ro" portalı məlumat yayıb.

Diplomata 11 noyabr gecəsi Rusiya pilotsuz təyyarəsinin Rumıniya hava məkanını pozduğuna dair təkzibolunmaz dəlillər təqdim edilib.

Rumıniya hakimiyyəti Ukraynada mülki infrastruktura edilən hücumlarda iştirakını göstərən pilotsuz təyyarənin qalıqlarını aşkar edib.

KİV-in məlumatına görə, Rumıniya bu hücuma sərt etirazını bildirib və vətəndaşlara, həmçinin region üçün təhlükəsizlik risklərini vurğulayıb.

Избранный
34
3
olke.az

10Источники