RU

Argentina yığması Anqola üzərində qələbə qazandı

Son dünya çempionu Argentina millisi yoldaşlıq oyunu keçirib.  

90deqiqe.Az-ın məlumatına görə, yığma Anqola ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. 

43-cü dəqiqədə Lautaro Martinez 38 yaşlı kapitan Lionel Messinin ötürməsindən sonra hesabı açıb. 82-ci dəqiqədə isə Messi fərqlənib, bu dəfə asist Lautaroya məxsus olub.

Messi son səkkiz oyunda “İnter Mayami” və Argentina üçün ümumilikdə 20 məhsuldar hərəkət göstərib.

Qeyd edək ki, Lionel Skaloni rəhbərliyindəki Argentina komandası artıq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Seçmə mərhələdə 18 turdan sonra yığma 38 xal toplayaraq qrup lideri olub.

Избранный
28
3
90deqiqe.az

4Источники