RU

Daha bir ölkə Rusiyaya nota verdi

Rumıniya Xarici İşlər Nazirliyi Rusiya dronlarının Rumıniya hava məkanını pozması iddiası ilə əlaqədar rəsmi Moskvaya nota verib. 

Modern.az xəbər verir ki, Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev Rumıniya XİN-ə çağırılıb. 

Qeyd edilib ki, səfirə Rusiya silahlı qüvvələrinin pilotsuz uçuş aparatı tərəfindən Rumıniya hava məkanını pozduğuna dair maddi, çoxsaylı və inandırıcı dəlillər təqdim edilib.

Xatırladaq ki, bu gün Azərbaycan da Rusiyaya nota verib.

Избранный
9
3
modern.az

10Источники