Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev pilotsuz təyyarələrin ölkənin hava məkanını pozması ilə bağlı Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb. Ajans.az xəbər verir ki, səfirə Rusiya silahlı qüvvələrinin pilotsuz uçuş aparatının Rumıniya hava məkanını pozması ilə bağlı çoxsaylı sübutlar təqdim edilib. Rumıniya Xarici İşlər Nazirliyi PUA-nın ölkə vətəndaşları üçün birbaşa təhlükə olmadığını etiraf edib.

Noyabrın 11-nə keçən gecə Rumıniya - Ukrayna sərhədində hərbi qulluqçular dronun qalıqlarını aşkar ediblər.