“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro klubda qalmaq variantını nəzərdən keçirir.
90deqiqe.Az “Indykaila News”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı ilə yeni müqavilə imzalamağa hazırdır, əgər futbolçu illik 1,6-2 milyon avro məvacibə razılaşsa. Bununla yanaşı, yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubları ilə də danışıqlar aparır.
33 yaşlı futbolçunun illik maaşı hazırda təxminən 5 milyon avrodur.
Mövsümün bu hissəsində Kazemiro Premyer Liqada 10 oyunda çıxış edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.