RU

Fransa təkmilləşdirilmiş ASMPA‑R nüvə qanadlı raketini ilk dəfə təqdim edib

Bakı. Trend:

Fransa ilk dəfə olaraq nüvə başlığı ilə təchiz olunantəkmilləşdirilmiş ASMPA‑R havadan buraxılan qanadlı raketininümayiş etdirib.

Trend xəbər verirki, raketin sınaqları ölkənin dəniz nüvə aviasiyası tərəfindənhəyata keçirilib.

“Rafale M” qırıcı təyyarəsi “Dimede” əməliyyatı çərçivəsindədöyüş başlığı daşımayan raketin sınaq buraxılışını yerinə yetirib.Fransa Silahlı Qüvvələri Nazirliyi raketin təyyarənin gövdəsininaltına inteqrasiya olunduğunu göstərən fotoşəkillər yayıb.

Nazirlik bildirib ki, ASMPA‑R rəsmi olaraq 10 noyabr tarixindənetibarən Fransa Hərbi Dəniz Qüvvələrinin nüvə aviasiyasınınsilahlanmasına daxil edilib. Bundan əlavə, 2023‑cü ildən bəri raketölkənin Aerokosmik Qüvvələrinin tərkibinə daxil olan strateji havaqüvvələri tərəfindən də istifadə olunur.

Məlumata görə, ASMPA‑R uçuş məsafəsinə görə əvvəlki ASMP‑Aversiyasını üstələyir: yeni raketin mənzili təxminən 600 km,əvvəlki modelin isə 500 km-dir. Raketin maksimal sürəti isə Max 3-əçatır.

Qeyd edilir ki, raket yenilənmiş nüvə başlığı ilə təchiz ediləbilər. Bununla belə, bəzi mənbələr əvvəlki TNA variantının 100–300kiloton gücündə tənzimlənə bilən nüvə başlığı ilə istifadəsininmümkün olduğunu bildirirlər.

Избранный
81
az.trend.az

1Источники