RU

Tramp administrasiyasının rəsmiləri nüvə sınaqlarına qarşıdır

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ölkə liderini nüvə sınaqlarını bərpa etmək fikrindən daşındırmaq üçün Ağ Ev rəsmiləri ilə görüşməyi planlaşdırırlar.

“İki sahil” xəbər verir ki,  bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-nin energetika katibi Kris Rayt, Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Brandon Uilyams və laboratoriya nümayəndələri Ağ Evə nüvə başlıqlarının partladılmasının nə üçün praktik olmadığını sübut edən arqumentlər təqdim edəcəklər.

NNSA və DOE rəsmiləri Ağ Evi nüvə başlıqlarının mümkün partladılmasını nəzərdə tutmayan mümkün bir plan hazırlamağa təşviq etməyə çalışacaqlar.

ABŞ prezidenti daha əvvəl Müharibə Nazirliyinə (Pentaqon) nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını bildirmişdi və bunu bəzi digər ölkələrin artıq etdiyini əsas gətirmişdi.

Избранный
7
1
ikisahil.az

2Источники