RU

Ukraynada ən ağır döyüşlər bu BÖLGƏDƏ gedir - AÇIQLAMA

Donetsk vilayətindəki Pokrovsk istiqaməti Ukrayna Silahlı Qüvvələri üçün ən çətin istiqamət olaraq qalır. Ajans.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Komandanı Oleksandr Sırski öz "Telegram" kanalında yazıb. O, bildirib: "Düşmən nəzarət zonasını genişləndirmək üçün yaşayış məntəqələrinə, çoxmənzilli binalara soxulmağa və orada möhkəmlənməyə cəhd göstərir. Bunu nəzərə alaraq, düşmənin planlarına qarşı çıxmaq üçün bir sıra tədbirlər hazırlayırıq".

Ukrayna Ordusunun Baş Komandanı vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri düşmənə həm canlı qüvvə, həm də texnika baxımından əhəmiyyətli itkilər verməyə davam edir, eyni zamanda onların hərəkətlərini məhdudlaşdırır.

Избранный
167
Ajans.az

1Источники