RU

ABŞ Almaniyaya “Standard Missile 6 Block I” raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Almaniyaya “Standard Missile 6 Block I” və “Standard Missile 2 Block IIIC” raketlərinin, həmçinin onlara aid avadanlığın ümumi dəyəri 3,5 milyard dollar olan satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Dövlət Departamenti Almaniya hökumətinə “Standard Missile 6 Block I” və Standard Missile 2 Block IIIC” raketlərinin, habelə əlaqədar avadanlığın təxmini dəyəri 3,5 milyard dollar olan mümkün satışını təsdiq etmək qərarına gəlib”, – deyə qurumun bəyanatında deyilir.

Qeyd olunur ki, Berlin ümumilikdə 173 ədəd “Standard Missile 6 Block I” və 577 ədədədək “Standard Missile 2 Block IIIC” raketi əldə etməyi planlaşdırır.

Избранный
152
1
apa.az

3Источники