RU

Azərbaycanda metal filizlərin hasilatı 39 faizə yaxın artıb

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 556,9 milyon manatlıq metal filizləri hasil edilib.

525.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Məlumata görə, metal filizlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 38,7% artıb.

Bundan əlavə, dövr ərzində sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 23 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 32,3 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
2
525.az

3Источники