Əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının, Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.
Bu barədə Avtosfer.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd edilib ki, Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.