RU

Honkonqda çikunqunya virusunun halları sayı artıb

Ajans.az xəbər verir ki,bu rəqəm əvvəlki illərdə qeydə alınan ümumi hallardan təxminən üç dəfə çoxdur. Yerli ictimai səhiyyə mərkəzinin məlumatına görə, son iki hadisə Çinin materik hissəsinə səyahət edən bir kişi və bir qadınla bağlıdır. Mərkəzin məlumatında bildirilir ki, çikunqunya xəstəliyinin Honkonqda ilk halları 2006-cı ildə (3 hal) qeydə alınıb, ardınca 2016-cı ildə 8, 2017-ci ildə 1, 2018-ci ildə 2 və 2019-cu ildə 11 hal qeydə alınmışdır. Bu müddət ərzində aşkar edilən 25 halın hamısı idxal olunmuş sayılırdı. Lakin, 2025-ci il Honkonqda yoluxma hallarının kəskin artması ilə yadda qalıb; bu il artıq bir ölüm faktı – 77 yaşlı kişi – təsdiqlənib. Əksər yoluxmalar idxal olunmuş hesab edilir və xəstələrin Çinə və Banqladeşə səyahətləri ilə bağlıdır. Bununla belə, bu il ilk dəfə olaraq Honkonqda yerli yoluxmanın dörd halı aşkarlanıb ki, bu da virus daşıyan ağcaqanadların şəhərə gəldiyini göstərir. Hazırda çikunqunya qızdırması üçün heç bir müalicə və ya peyvənd mövcud deyil. Xəstəliyin inkubasiya dövrü adətən 3-12 gün davam edir. Simptomlar qəfil başlayır: yüksək hərarət, üşütmə, bel və oynaq ağrıları, səpgilər.

 

Избранный
98
Ajans.az

1Источники