Yerli KİV-də yayılan xəbərlərə görə, "Neftçi"nin baş məşqçisi Samir Abasov istefa verib. Metbuat.az “Neftçi” PFK-nın mətbuat katibi Asəf Zeynallı ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, hazırda belə bir şey yoxdur. “Samir Abasov "Neftçi"nin baş məşqçisi kimi fəaliyyətini davam etdirir”, - deyə mətbuat katibi qeyd edib. Sevinc İbrahimzadə / Metbuat.az