RU

Uşaq məzarlarını “pir” adlandıranlara TƏRS SİLLƏ: İslam dini deyir ki…

Bəzi bölgələrdə uşaq məzarlarının “pir” adlandırılması, həmin məzarlara ərzaq qoyulması və yemək süfrələri açılması kimi adətlər hələ də davam edir. Lakin bu ənənələr zaman-zaman cəmiyyətin kəskin tənqidinə səbəb olur.

Məsələ ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli KONKRET.az-a açıqlama verib.

İlahiyyatçı

İlahiyyatçı bildirib ki, İslam dinində “pir” anlayışı uşaq və ya böyük fərqi ilə bağlı deyil, bütövlükdə həyatında elm və xeyirxahlığı ilə seçilən, cəmiyyət üçün faydalı işlər görmüş şəxslərə aid edilir:

“Pirin mənası nurani bir insanın, elm sahibi, ağsaqqal bir insanın sağlığında xalqa etdiyi xeyirxahlıqla bağlıdır. Bu insanlar həm elmi, həm də maddi baxımdan cəmiyyətə xidmət ediblər, problemlərin həllinə töhfə veriblər. Vəfat etdikdən sonra insanlar onların məzarlarını ziyarət edirlər.”

Ağa Hacıbəyli qeyd edib ki, zaman keçdikcə bu ziyarətlərə müəyyən xurafat elementləri də qarışdırılır, lakin pir anlayışının mahiyyəti dəyişmir. Onun sözlərinə görə, uşaq məzarını “pir” adlandırmaq və orada ayinlər icra etmək islamla uyğunluq təşkil etmir:

“Bir uşağın ölümündən sonra onun məzarını pirə çevirmək doğru deyil. İslamla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bu, dinin mahiyyətinə uyğun gəlmir.”

İlahiyyatçı vurğulayıb ki, dini inanclar xalq arasında bəzən təhrif olunur və bu kimi adətlər də məhz həmin yanlış təsəvvürlərin nəticəsidir.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
88
1
konkret.az

2Источники