RU

Tramp iki hind quşunu bağışlayacaq

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ənənəyə uyğun olaraq bu il də Şükran Günü münasibətilə iki hind quşunu rəsmi şəkildə bağışlayacaq. Qərara əsasən, bu quşlar Ağ Evin bayram süfrəsinə çıxarılmayacaq.

Hind quşunu bağışlama ənənəsi 1989-cu ildə ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) tərəfindən rəsmiləşdirilib. Şükran Günü ABŞ-da məhsul bayramı kimi qeyd olunur və hind quşu ənənəvi olaraq bayram axşamının əsas yeməyi sayılır.

Bu il bağışlanacaq quşlarla bağlı zarafat dolu “bioqrafiya” da hazırlanıb:

— “Vixlyun” guya Şimali Karolina ştatının idman komandasının talismanı olmağı arzulayır;
— “Kurlıka” isə yağlı biskvitləri çox sevir.

 

Musavat.com

Избранный
159
musavat.com

1Источники