RU

Neymar bu il meydana çıxa bilməyəcək

“Santos”un və Braziliya millisinin üzvü Neymar 2025-ci ildə yaşıl meydanlara çıxa bilməyəcək. Msport.az xəbər verir ki, hücumçu sol dizinin meniskindən zədə alıb.

O, Braziliya A seriyasının 35-ci turunun “İnternasional”la oyundan qabaq dizində ağeı hiss edib. Bu səbəbdən də ulduz futbolçu həmin matçı buraxmalı olub. Öncədən Neymarın növbəti görüşə çıxacağı gözlənilsə də, zədə yetərincə ciddi olub.

Neymar həlledici oyunlarda komandasına kömək edə bilməyəcək.

33 yaşlı forvard bu mövsüm “Santos”un heyətində 25 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə verib.

 

Избранный
129
msport.az

1Источники