Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) indi də məhəllə və həyətlərdə pullu parking yerləri salır.
Tribuna xəbər verir ki, bu barədə sakinlərdən biri video paylaşıb. Məlum videodan aydın olur ki, AYNA əməkdaşı yaşayış binasının yanını parking üçün xətləyir.
Sakin haqlı etirazında bildirir ki, yaşayış yerinə yaxın ərazilərin, məhəllələrin parklanma yeri kimi xətlənməsi doğru deyil:
“AYNA indi də gəlib həyətin içini xətləyir. Belə icazə var ki, məhəllələrdə, həyətlərdə pullu dayanacaq üçün yerləri xətləsin? Bu nə qədər düzgündür? Camaat həyətində də pulla maşın saxlayacaq”
AYNA-nın məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul