Məşhur fitnes məşqçisi və idman bloqçusu Dmitri Nuyanzin 30 yaşında Orenburqda vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, o, yuxuda olarkən ürəyi dayanıb. Məlumata görə, fitnes məşqçisi olan Dmitri son zamanlar həddindən artıq "fast food" qidaları qəbul edib. Yaxınları bildirib ki, o son zamanlar artıq çəki alıbmış. Ötən günlərdə Dmitri arıqlama kursunda da iştirak edib.
Onun dəqiq ölüm səbəbi açıqlanmayıb.