RU

Həddindən artıq "fast food" yeyən fitnes məşqçisi həyatını itirdi

Məşhur fitnes məşqçisi və idman bloqçusu Dmitri Nuyanzin 30 yaşında Orenburqda vəfat edib.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, o, yuxuda olarkən ürəyi dayanıb. Məlumata görə, fitnes məşqçisi olan Dmitri son zamanlar həddindən artıq "fast food" qidaları qəbul edib. Yaxınları bildirib ki, o son zamanlar artıq çəki alıbmış. Ötən günlərdə  Dmitri arıqlama kursunda da iştirak edib.

Onun dəqiq ölüm səbəbi açıqlanmayıb. 

Избранный
190
24
unikal.az

10Источники