RU

İstanbul derbisinin hakimləri AÇIQLANDI

Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçının təyinatları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, İstanbul derbisini Yasin Kol idarə edəcək.

Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Bahtiyar Birinci köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Ali Yılmaz yerinə yetirəcək.

Qeyd edək ki, 1 dekabr tarixində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bizim.Media

Избранный
33
1
bizim.media

2Источники