RU

Boykonur kosmodromunda buraxılış platforması çöküb

Baykonur Kosmodromunda Rusiyanın kosmosa raket buraxa biləcəyi yeganə buraxılış meydançası “Soyuz”un buraxılışından sonra zədələnib.

AzPost bildirir ki, Rusiya Soyuz MS-28 kosmik gəmisinin buraxılışından sonra xidməti kabinə naməlum səbəbdən çöküb. Bu barədə raket buraxılışı üzrə analitik Georgi Trişkin bildirib.

Bu barədə “The Insider” də mənbəyə istinadən məlumat yayıb.

Bloqqer Vitali Yeqorovun qeyd etdiyi kimi  buraxılış yayımında buraxılış meydançasının altında “olmamalı olan nəhəng metal konstruksiya” göstərilib. Raket heyəti zərər görməyib, lakin buraxılış meydançasının təmirə ehtiyacı olacaq.

Roskosmos hadisə ilə bağlı heç bir şərh verməyib.

AzPost.az

Избранный
90
1
azpost.info

2Источники