RU

 Türkiyədən olan mütəxəssislərin Lənkərana tanışlıq səfəri təşkil edilib

  

Azərbaycan dünyanın geniş turizm imkanlarında malik olan ölkələrindən biridir. Respublikamızın zəngin təbii və tarixi-mədəni irsi, müxtəlif iqlim və relyef xüsusiyyətləri, Xəzər dənizinin sahilləri, qədim şəhərlər və abidələr ölkəmizin turizm potensialını artırır. Bakı, Lənkəran, Şəki, Qəbələ, Quba, Zaqatala, Şuşa, Kəlbəcər və digər bölgələr həm mədəni, həm də ekoturizm istiqamətlərində cəlbedicidir.

Beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirərək ölkəmizin turizm potensialını dünya miqyasında tanıtmaq və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq qurmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə noyabrın 25-28 tarixlərində aqroturizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyədən olan mütəxəssislərin Lənkərana tanışlıq səfəri təşkil edilib. 

Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Türkiyə Respublikasının Kənd Təsərrüfatını və Kənd İnkişafını Dəstəkləmə Qurumu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə reallaşan səfərdə Türkiyənin Trabzon və Rizə bölgələrininm aqroturizm təcrübələri haqqında məlumat verilib.

Məlumatda o da bildirilib ki, səfər çərçivəsində türkiyəli ekspertlər regionun aqroturizm potensialı ilə tanış olaraq çayçılıq, fermer, bambuk, apiterapiya, balıqçılıq kimi təsərrüfatları və Hirkan Milli Parkını ziyarət ediblər.

Səfər müddətində regionda fəaliyyət göstərən aqroturizm müəssisələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib və regionda mövcud olan təsərrüfatların potensialının araşdırılması və inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Diqqətə çatdıraq ki, səfər bu ill fevralın 6-da Bakıda keçirilən Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının IV iclası çərçivəsində qəbul edilmiş Fəaliyyət Planının nəzərdə tutulan “Aqroturizm Təcrübə Mübadiləsi və Sahə Səfəri Proqramı” üzrə fəaliyyətlərin icrası məqsədilə təşkil olunubb.

Zöhrə FƏRƏCOVA, 

“Azərbaycan” 

Избранный
52
azerbaijan-news.az

1Источники