
Birləşmiş Ştatlar 19 ölkədən sığınacaq axtaran şəxslərə yaşıl kartların verilməsi qaydalarını nəzərdən keçirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə istinadən məlumat yayıb.
Sözügedən ölkələrə Əfqanıstan, Burundi, Venesuela, Haiti, İran, Yəmən, Kuba, Laos, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Syerra-Leone, Toqo, Türkmənistan, Çad, Ekvatorial Qvineya və Eritreya daxildir.
Məryəm Quliyeva