RU

Türkiyədə hamı bu dərbidən danışır: 2 gün qaldı

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə çempionatında ən kritik həftə başlayıb. Liqin 14-cü həftəsində əzəli rəqiblər "Qalatasaray" və "Fənərbaxça" üz-üzə gələcək.

Metbuat.az xəbər verir ki, ölkənin futbol ictimaiyyətinin maraqla gözlədiyi dərbi dekabrın 1-də "Fənərbaxça"ya məxsus "Ülkər" stadionunda baş tutacaq. Rəqibindən 1 xal geridə qalan "Fənərbaxça" sarı-qırmızılıları məğlub edib liderlik kürsüsündə əyləşmək istəyir. "Qalatasay" isə dərbidən qalıb ayrılıb aradakı xal fərqini 4-ə çatdırmaq niyyətindədir.

Türkiyənin tanınmış futbol mütəxəssisləri bu matçı İkardi-Yusuf En-Nesryi dueli kimi qiymətləndirirlər. İkardinin, yoxsa En-Nesryinin qalib gələcəyi maraq doğurur.

Qeyd edək ki, hər iki futbolçu bu mövsüm rəqib qapılarından 7 qol keçirməyi bacarıb.

Maruo İkardi 12 oyunda meydana çıxıb və 7 dəfə fərqlənib. Yusif En-Nesyri isə 13 oyunda rəqib qapıçıları 7 dəfə məğlub edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
2
metbuat.az

3Источники