RU

Liqa 1: “Monako” PSJ-ni xalsız yola saldı – ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Olimpik” (Marsel) – “Tuluza” matçında qalib müəyyənləşməyib. “Paris”lə “Oser”in görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Son çempion PSJ isə “Monako” ilə səfər oyununda minimal hesabla məğlub olub.

14-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
14-cü tur

28 noyabr

Mets – Renn 0:1
Qol: Ronjye, 22.

29 noyabr

Monako – PSJ 1:0
Qol: Minamino, 68.

Paris – Oser 1:1
Qollar: Kebbal, 32-pen – Diomande, 40.

Olimpik (Marsel) – Tuluza 2:2
Qollar: Payşao, 66. Höyberq, 74 – Emersonn, 14. Hidalqo, 90+2.

30 noyabr

18:00. Strasburq – Brest
20:15. Anje – Lans
20:15. Havr – Lill
20:15. Loryan – Nitsa
23:45. Olimpik (Lion) – Nant

Избранный
155
20
arena.az

10Источники