RU

Lionel Messi Ferens Puşkaşın sahib olduğu dünya rekordunu qırdı

ain.az, sport24.az saytına istinadən bildirir.

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS pley-off yarımfinalında "Nyu-York Siti" üzərində 5-1 hesablı qələbə qazanılan oyunda məhsuldar ötürmə edib. Sport24.az xəbər verir ki, bu, 38 yaşlı argentinalının karyerasında 405-ci məhsuldar ötürmə olub.

Bununla da argentinalı ulduz futbolçu macar və ispan hücumçusu Ferens Puşkaşın (404) sahib olduğu dünya rekordunu qırıb.

Qeyd edək ki, Messi cari mövsümdə bütün turnirlərdə 40 oyunda 38 qol vurub və 22 məhsuldar ötürmə edib. Onun "İnter Mayami" ilə müqaviləsi 31 dekabr 2028-ci ilə qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
174
sport24.az

1Источники