RU

Messi dünya rekordunu qırdı

MLS təmsilçisi "İnter Mayami"nin superulduzu Lionel Messi yeni rekord müəyyənləşdirib.

Fanat.Az-ın məlumatına görə, argentinalı hücumçu bu nəticəyə MLS Kubokunun yarımfinalında "Nyu-York Siti"ni məğlub etdikləri oyunda imza atıb.

Sözügedən matçda məhsuldar ötürmə müəllifi olan 38 yaşlı Leo karyerasındakı assistlərin sayını 405-ə çatdırıb.

Beləliklə, o, əfsanəvi Ferents Puşkaşın rekordunu qırıb.

Qeyd edək ki, "İnter Mayami" "Nyu-York Siti"yə 5:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Nihat

Избранный
148
4
fanat.az

6Источники