RU

Siyasət Əsgərov: “Malayziya yığmasına baxımlı qollar vurduq” – ARENA.AZ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Malayziya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, millimiz ötən gün Banqladeşin paytaxtı Dəkkədə təşkil olunmuş “FIFA Tri Nations Women’s Football Series 2025” turniri çərçivəsində Malayziya yığması ilə qarşılaşıb.

Qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Siyasət Əsgərov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

“Malayziya millisi Banqladeş yığması üzərində qələbə qazanmışdı. Bizi də məğlub etsəydilər, turnirin qalibi olacaqdılar. Bu səbəbdən matça yüksək motivasiyada hazırlaşmışdılar. Rəqibin əvvəlki bir neçə görüşünü də təhlil etmişdik. Onların müsbət və mənfi cəhətlərini bilirdik, oyun planları da eyni idi. İki fərqli hissə keçdi. İlk yarıda baxımlı qollar vurduq. Hər iki qolun üzərində məşqlər zamanı işləmişdik. Fasiləyə qədər daha bir dəfə fərqlənə bilərdik. İkinci hissədə də yüz faizlik qol imkanlarımız oldu. Gənc futbolçulara özlərini göstərmək şansı yaratdıq.

Düşünürəm ki, əsas çatışmazlığımız qol epizodlarından yararlana bilməməyimiz idi. Bu məqam seçmə mərhələ oyunlarında bizə çətinlik yarada bilər. Banqladeş yığması ilə qarşılaşmaya daha yaxşı hazırlaşmağa çalışacağıq”.

Qeyd edək ki, millimiz turnir çərçivəsində son oyununu dekabrın 2-də Banqladeş yığmasına qarşı keçirəcək.

Избранный
127
10
arena.az

10Источники