Bakı. Trend:
Antiterror tədbirləri zamanı şəhid olan polis və daxiliqoşunların əməkdaşlarının əziz xatirəsinə həsr olunan idmanın cüdonövü üzrə Daxili İşlər Nazirliyinin (DİN) açıq çempionatıkeçirilib.
Trend xəbər verirki, DİN-in İdman Cəmiyyəti və Əlahiddə Çevik Polis Alayının (ƏÇPA)təşkilatçılığı ilə keçirilən turnirdə polis əməkdaşları ilə yanaşı,digər dövlət orqanlarının xüsusi rütbəli əməkdaşları da güclərinisınayıblar.
Yarışı izləyənlər arasında şəhidlərin ailə üzvləri, onlarınvalideynləri, övladları, Nazirliyin və digər dövlət qurumlarınınyüksək rütbəli əməkdaşları, Azərbaycan Cüdo Federasiyasınınnümayəndələri və digər qonaqlar da olublar. Yarışdan əvvəlÜmummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyüuğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutlayad edilib, Dövlət Himni səsləndirilib. Şəhid ailələrininnümayəndələri Vətən uğrunda canlarını fəda etmiş oğullarının əzizxatirələrinin həmişə uca tutulduğunu və onların daim ölkərəhbərliyinin xüsusi qayğısı ilə əhatə olunduqlarınıvurğulayıblar.
Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal,fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər. DİN-in cüdokomandası çempionatın yekununda qalib gəldiyi üçün xüsusi kuboklatəltif edilib.