RU

Millimiz bu dəfə Bakıda Lüksemburqa uduzdu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un təsnifat mərhələsinin A qrupunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu milli Lüksemburqla üz-üzə gəlib.

Yığma komandamız Bakıda rəqibinə 90:95 uduzub. Millimizin heyətində ən çox xalı Vesli Van Bek (29 xal) toplayıb.

Basketbolçularımız qrupdakı ilk görüşündə Şimali Makedoniyaya səfərdə(87:49) uduzmuşdu. Millimizin qrupdakı daha bir rəqibi İrlandiyadır.

Избранный
302
49
sportinfo.az

10Источники