Futbol üzrə Norveç çempionatında mövsümün qalibi bəlli olub.
QOl.az xəbər verir ki, "Vikinq" 30-cu turda "Volerenga"nı 5:1 hesabı ilə məğlub edib. Komanda 71 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
"Bodo-Qlimt" 70 xalla ikinci yeri tutub.
Qeyd edək ki, 9-cu çempionluğunu yaşayan "Vikinq" sonuncu dəfə 1991-ci ildə bu titula yiyələnib.