Rusiya-Amerika təmasları dekabrın 2-də Moskvada keçiriləcək.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, bazar ertəsi günü Vladimir Putin amerikalı danışıqçılarla görüşlərinə hazırlıq məqsədilə şəxsi görüşlər də keçirəcək: “Prezidentin sabahkı Rusiya-Amerika təmaslarına hazırlıq məqsədilə bu gün şəxsi görüşləri də var”.
Peskov bildirib ki, Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkovla görüşü çərşənbə axşamı günortadan sonraya planlaşdırılıb.
//Samir Qurbanov, Editor.az