“Mançester Siti” baş məşqçisi Xosep Qvardiola Premyer Liqada çərşənbə axşamı keçiriləcək “Fulhem” səfər matçı öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis rəqibi çətin və yaxşı təşkilatlanmış komanda kimi dəyərləndirib.
“Marku Silva uzun illərdir orada işləyir. Onlarla matçlar həmişə çətin olub. Sabah da çətin olacaq. Onların oyunu topla mükəmməl qurulub. Hər il onlarla matçda hiss olunur ki, topla oyun bacarıqları daha da yaxşılaşır. Çox çətin rəqibdir. Dünən və bu gün onların son qarşılaşmalarını, həmçinin “Çelsi” və “Arsenal”la matçlarını izlədim. Onları keçmək həmişə çətin olub, xüsusilə Londondakı gözəl stadionlarında”, – deyə Qvardiola bildirib.
Qeyd edək ki, matç 2 dekabr, Bakı vaxtı ilə 00:30-da başlayacaq.