RU

İstanbul derbisində heç-heçə

Türkiyə Superliqasının 14-cü turunun oyunları davam edir.

90deqiqe.Az-ın məlumatına görə, turun mərkəzi görüşündə "Fənərbağça" öz meydanında "Qalatasaray"la üz-üzə gəlib.

Gərgin keçən matçın ilk hissəsində qonaqlar hesabı açmağı bacarıb. Belə ki, görüşün 27-ci dəqiqəsində Leroy Sane rəqibin qapısına yol tapıb.

 İkinci hissədə hücumlarının sayını artıran "sarı-lacıvərtlilər" 90+5-ci dəqiqədə Con Duranın vurduğu qolla meydandan heç-heçə ilə ayrılmağı bacarıb.

Bu nəticə ilə lider "Qalatasaray" öz aralarındakı bir xallıq fərqi qoruyub saxlayaraq xallarını 33-ə çatdırıb. "Sarı Kanaryalar" 32 xalla ikinci yerdədir.

Избранный
55
90deqiqe.az

1Источники